Azərbaycan Milli Elmlər Akademiyası 2023-cü il iyun ayından etibarən rəqəmsal obyekt
identifikatoru (DOI) verilməsi ilə əlaqədar “DOI” Beynəlxalq Fondunun “Crossref Publishers International Linking Association, Inc.”
Rəsmi Qeydiyyat Agentliyinə ali qurum qismində üzv olumuşdur.
“Crossref Publishers International Linking Association, Inc.” tərəfindən AMEA adı altında https://doi.org/10.59849/ prefiksi təsis edilmişdir.
AMEA nəşrlərinə (jurnallar, konfrans materialları və s.) rəqəmsal obyekt identifikatoru (DOI) ödənişsiz təqdim olunur.